• İQTİSADİYYAT

    11:02 1 mart 2019

Bakıda Novruz yarmarkaları fəaliyyətə başlayır - CƏDVƏL

Novruz bayramının yaxınlaşması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinın tapşırığına əsasən, paytaxtın bütün rayonlarında hazırlıq işlərinə başlanıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, işlər çərçivəsində şəhərin meydan və parklarının, istirahət bağlarının abadlaşdırılması, burada yeni yaşıllıqların salınması, gül və kolların əkilməsi həyata keçirilir. Eyni zamanda küçə və prospektlərdə, parklarda, ictimai-iaşə obyektlərində, bir sıra binaların fasadında tərtibat işləri aparılmasına başlanıb, Novruz atributlarının şəkilləri, müxtəlif maketlər, dekorativ bəzək elementləri quraşdırılır.

Bayramla əlaqədar mart ayının 2-dən etibarən paytaxtın bütün rayonlarında Novruz yarmarkaları fəaliyyətə başlayacaqdır. Bu yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən gəlmiş fermerlər şəhər sakinlərinə müxtəlif kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər. Bu fermerlər üçün yarmarkalarda müvafiq şərait yaradılmışdır. Məhsulların keyfiyyəti və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət ediləcək.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətə Ticarət və Xidmət Departamenti tərəfindən paytaxt sakinlərinin rahatlığı üçün 12 yerdə, ilk növbədə metro stansiyalarının yaxınlıqlarında 23-dən çox Novruz çadırları quraşdırılmış və burada da bayram ərzaqlarının, müxtəlif hədiyyələrin satışı təşkil olunub.

Yarmarkalar martın 25-nə kimi davam edəcək.

Rayonlar

Yarmarkaların ünvanları

Qeyd

1.

Binəqədi

7-ci mikrorayon, A.Kunanbayev küçəsi ilə S.S. Axundov küçəsinin kəsişməsi

2.

Qaradağ

Lökbatan qəsəbəsi, 28 May küçəsi

3.

Xətai

Məzahir Rüstəmov küçəsi 10,12, 21, 23 saylı yaşayış binaların əhatə dairəsi - (Məzahir Rüstəmov küçəsinin Sarayeva və S. Ə. Şirvani küçələri ilə kəsişməsi)

4.

Xəzər

Mərdəkan qəsəbəsi S. Yesenin küçəsi - 106 ( köhnə avtovağzal ərazisi )

5.

Pirallahı

Pirallahı qəsəbəsi, K. Rzayev küçəsi 14 nömrəli evin qarşısındaki qeyri-yaşayış obyekti

6.

Nərimanov

Gənclik metrosunun çıxışı, Fətali Xan Xoyski prospekti 79 saylı binanın qarşısı

7.

Nəsimi

Mərdanov qardaşları küçəsi 59

8.

Nizami

Şirin Mirzəyev küçəsi ilə Qara Qarayev küçəsinin kəsişməsi ( “Praqa” şadlıq evi ilə üzbəüz)

9.

Sabunçu

Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi ilə Muxtar Fətəliyev küçəsinin kəsişməsi, bina 72-nin qarşısı

10.

Səbail

Nizami küçəsi (Land Mark-ın yaxınlığında)

11.

Suraxını

Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivi, “Günəş” ticarət mərkəzi

12.

Yasamal

H.Cavid prospekti (H.Cavid parkınin ərazisində )

Aytən

Teqlər:

SON XƏBƏRLƏR