Bu ilin yanvar-fevral aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,8% artaraq 834,4 mln. manat olub.
Bakı Şəhər Statistika İdarəsindən ONA-ya verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 523,5 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 62,7%-ni təşkil edib.