• İQTİSADİYYAT

    13:13 3 aprel 2019

Yanvarda Bakıda orta aylıq əmək haqqı 799 manat təşkil edib

Bu ilin yanvar ayında Bakıda işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi əvvəlki ilə nisbətən 4,6% artaraq 799 manat olub.

Bakı Şəhər Statistika İdarəsindən ONA-ya verilən məlumata görə, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR