Bu ilin yanvar-mart aylarında Bakıda araq istehsalı ötən ilin eyni dövrü ilə müqaisədə 11,1 dəfə artaraq 306,9 min dekalitr təşkil edib.
ONA-nın Bakı Şəhər Statistika İdarəsi istinadən verdiyi məlumata görə, hesabat dövründə Bakıda 50,5 min dekalitr pivə istehsal edilib ki, buda ötən ilin müvafiq dövrünə nisbətdə 2,6 dəfə çoxdur.
İçki və tütün məmulatlarının istehsalı:
Məhsul növləri
|
2019-cu ilin yanvar-mart ayları istehsal edilib
|
Əvvəlki ilin yanvar-mart aylarına nisbətən, % |
01.04.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı |
İçki məhsulları |
|||
Araq, min dkl |
306,9 |
11,1 d. |
145,6 |
Pivə, min dkl |
50,5 |
2,6 d. |
8,2 |
Alkoqolsuz içkilər, min dkl |
3 742,3 |
129,9 |
476,0 |
Tütün məmulatları |
|||
Papiros və siqaretlər, mln. ədəd |
286,1 |
106,3 |
0,1 |