Bu ilin yanvar-fevral aylarında Bakıda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 51,6 mln. manatlıq məhsul istehsal edilib.
ONA-nın Bakı Şəhər Statistika İdarəsi istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 2,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 48,6%, əczaçılıq məhsullarının istehsalında isə 14,2% artıb.
Kimya sənayesi, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində əsas məhsul növlərinin buraxılışı:
Məhsul növləri
|
2019-cu ilin yanvar-fevral aylarında istehsal edilib |
Əvvəlki ilin yanvar-fevral aylarına nisbətən (%) |
01.03.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı |
Kimya sənayesi məhsulları |
|||
Azot, min kub metr |
121,7 |
20 |
- |
Oksigen, min kub metr |
463,8 |
76,3 |
- |
Barium sulfat, min ton |
8,1 |
76,8 |
5,0 |
Naften turşuları, ton |
508,1 |
3,5 dəfə |
- |
Lak-boya məmulatları, ton |
968,0 |
164,3 |
36,6 |
Rezin və plastik kütlə məmulatlarının istehsalı |
|||
Bərk polietilen borular, borucuqlar, şlanqlar, qollar, ton |
247,9 |
31,8 |
146,2 |
Liflə armaturlaşdırılmış sair bərk plastik borular, borucuqlar, qollar, şlanqlar, ton |
1 614,1 |
4,7 dəfə |
325,6 |
Polietilen kisə və çantalar, ton |
620,4 |
192,5 |
- |