• İQTİSADİYYAT

    15:02 17 aprel 2019

Bakıda Regional Rabitə Birliyinin Rabitə Administrasiyasının yüksək səviyyəli işçi qrupunun iclası keçirilir

Bakıda Regional Rabitə Birliyinin Rabitə Administrasiyasının işçi orqanı olan informasiya cəmiyyətinin inkişafı üzrə yüksək səviyyəli işçi qrupunun 6-cı iclası keçirilir.

ONA-nin xəbərinə görə, jurnalistlərə açıqlamasında Azərbaycanın nəqliyyat rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, ötən ilin dekabrında işçi qrupun əsasnaməsinə edilən düzəlişlərə əsasən, Azərbaycanın nümayəndəsi bu iclaslara sədrlik edir və bu işçi qrupunun sədri Azərbaycan nümayəndəsi seçilib.

"Keçirilən iclasın gündəliyi çox genişdir. Burada informasiya cəmiyyətinin inkişafı ilə əlaqədar olan bir çox məsələyə toxunulur. Bunların sırasında beynəlxalq aləmdə bu yaxınlarda keçirilmiş informasiya cəmiyyəti üzrə dünya sammiti forumunun nəticələri müzakirə edilməsi, ölkələrdə rəqəmli inkişaf üzrə həyata keçirilən fəaliyyətin qiymətləndirilməsi, eyni zamanda, ölkələrin bu sahədə fəaliyyətləri barədə məlumatların təcrübə mübadiləsinin aparılması, 5G mobil texnologiyanın tətbiqi ilə hazırlıq işlərinin qiymətləndirilməsi, kibertəhlükəsizlik məsələləri və ümumilikdə informasiya cəmiyyətin inkişafı ilə əlaqədar olan bir çox məsələlər bugünkü iclasın gündəliyindədir", - deyə E. Vəlizadə qeyd edib.

Nazir müavinini onu da bildirib ki, işçi qrup, nazir müavinləri səviyyəsində fəaliyyət göstərir və qrup çərçivəsində qəbul edilən qərarlar Administrasiya rəhbərlərinin şurasının iclasına çıxarılır və orada nazirlər səviyyəsində qərarlar qəbul olunur və icrası təmin edilir.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR