• İQTİSADİYYAT

    10:42 2 aprel 2019

Bakıda Sahibkarlara Xidmət və Biznes İnkubasiya mərkəzləri fəaliyyətə başlayıb

Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə Bakıda Sahibkarlara Xidmət və Biznes İnkubasiya mərkəzləri fəaliyyətə başlayıb.

ONA-nın məlumatına görə, mərkəzlərin fəaliyyətə başlaması münasibətilə keçirilən tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov yeni yaradılan mərkəzin əhəmiyyətindən danışıb.

Həmçinin tədbirdə mərkəzlərin fəaliyyət istiqamətləri, sahibkarlara və startapçılara müasir informasiya texnologiyalarından istifadə etməklə göstərilən xidmətlər barədə məlumət verilib.

Sahibkarlara Xidmət Mərkəzində müasir informasiya-komunikasiya imkanlarından istifadə etməklə sahibkarların müraciətlərinin operativ şəkildə cavablandırılması üçün hər cür şərait, o cümlədən qaynar xətt (012 310-23-00) yaradılıb.

Biznes İnkubasiya Mərkəzi vasitəsilə sahibkarlıq fəaliyyətina başlamaq istəyən təşəbbüskar, innovativ ideyası olan gənclərə dəstək veriləcək, startapçıların ideyalarının reallaşdırılması üçün lazımı şərait yaradılacaq.

Tədbir çərçivəsində Fondun yeni formatda və dizaynda www.edf.gov.az saytının təqdimatı keçirilib. Bir sıra yeniliklə yanaşı, sahibkarlar sayt vasitəsi ilə Fonda video-müraciət edə bilərlər. Saytın həm də mobil versiyası da yaradılıb.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR