• İQTİSADİYYAT

    09:20 2 may 2019

Bakıda şəhər tipli İnnovasiya Mərkəzi tikiləcək

Yaxın vaxtlarda Bakıda şəhər tipli İnnovasiya Mərkəzinin tikintisinə başlanacaq. Bunu ONA-ya Yüksək Texnologiyalar Parkının (YTP) rəhbəri Tural Kərimli deyib.

Onun sözlərinə görə, bu layihə ilə bağlı müvafiq sənədləşmə işləri aparılmalıdır.

"Ötən ilin sonu Yüksək Texnologiyalar Parkına vəsait ayrıldı. Hazırda bununla bağlı proseslər gedir. Bildiyiniz kimi, ötən ilin sonunda ölkə başçısı tərəfindən İnnovasiyalar Agentliyinin yaranmasına dair fərman imzalandı. Cari ilin fevral ayının 22-də isə Agentliyin nizamnaməsi təsdiq olundu. Qurum yarandıqdan sonra biz aktiv olaraq bu layihənin icrasına başlayacağıq", - deyə T. Kərimli bildirib.

Qeyd edək ki, 7 min kvadratmetr ərazini əhatə edəcək Mərkəz "Bakı Telefon Rabitəsi" MMC-nin Xətai Telekommunikasiya Qovşağının binasında yerləşəcək.

Mərkəzdə YTP-nin baş idarəsi ilə yanaşı, biznes-inkubasiya mərkəzi, “co-working” mərkəzi, laboratoriyalar və s. yer alacaq.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR