Bu ilin yanvar-mart aylarında Bakıda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri əvvəlki ilin eyni dövrünə nisbətən sabit qiymətlərlə 0,3% artaraq 95,9 mln. manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən ONA-ya verilən məlumata görə, əvvəlki ilin yanvar-mart aylarına nisbətən paytaxtda hörmə üçün hazır beton qarışığının istehsalı 11,6%, sementin istehsalı isə 9,5% artaraq müvafiq olaraq 165,2 min ton və 591,7 min ton təşkil edib.
Hesabat dövründə Bakıda 9 782,8 ton tikinti əhəngi istehsal edilib ki, bu da 2018-ci ilin ilk rübünə nisbətən 48,5% çoxdur. Yanvar-mart aylarında paytaxtda 4,8 min ton asfalt istehsal edilib, bu da əvvəlki ilin ilk üç ayı ilə müqayisədə 15,9% çoxdur.