• İQTİSADİYYAT

    10:21 2 may 2019

Bakıda "Təminat qeydi – yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu" mövzusunda dəyirmi masa keçirilir

Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” proqramı çərçivəsində "Təminat qeydi – yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu" mövzusunda dəyirmi masa təşkil olunub.

Mərkəzdən ONA-ya verilən məlumata görə, dəyirmi masanın açılışını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və GIZ-in proqram rəhbəri Tomas Meyer edib.

Tədbirdə çıxış edən GIZ-in proqram rəhbəri Tomas Meyer təminat qeydinin zərurəti barədə Almaniya təcrübəsi barədə iştirakçılara ətraflı məlumatlar təqdim edib.

Onun sözlərinə görə Almaniyada təminat qeydinə oxşar "ilkin qeyd" adlı institut daşınmaz əmlak bazarında təhlükəsiz hüquqi dövriyyənin təmin edilməsi vasitəsi kimi geniş yayılmışdır və vaxtilə bu sahədə olan müəyyən neqativ halların qarşısının alınmasının bir üsulu kimi özünü doğrultmuşdur.

"Bu baxımdan, həmin təcrübədən Azərbaycanda da həm qanunvericilik, həm də işgüzar dövriyyədə müvəffəqiyyətlə istifadə edilə bilər", - deyə T. Meyer Qeyd edib.

Müzakirə zamanı təminat qeydinin məqsədi və tənzimləmə mexanizmi, torpaqla onun üzərində olan daşınmaz əmlakın hüquqi taleyinin vahidliyi, tikilməkdə olan binalarda yerləşən mənzillərin dəfələrlə satılması və mənzillərin tam hazır olmadan satılması ilə bağlı risklərdən müvafiq münasibət iştirakçılarının mühafizəsi, ödəmə öhdəliklərinin ipoteka ilə təmin edilməsi hallarında təminat qeydindən istifadə mexanizmləri mövzuları diqqət mərkəzində olub.

Müzakirələrə beynəlxalq ekspertlər, dövlət qurumlarının rəsmiləri, yerli və qeyri-hökumət təşkilatlarının nümayəndələri də daxil olmaqla 60-a yaxın iştirakçı qatılıb.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR