Bu ilin yanvar-aprel aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin analoji dövrü ilə müqayisədə 3,3% artaraq 6 357,1 mln. manat olub.
ONA-nın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2% artaraq 2 812 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,5% artaraq 3 545,1 mln. manata bərabər olub.
Hesabat dövründə istehlak məhsullarının 27,2%-i hüquqi şəxs statuslu müəssisələrdə, 48,3%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,5%-i isə paytaxtın məhsul bazarlarında satılıb.