• İQTİSADİYYAT

    11:20 29 aprel 2019

Bakıda "Twinning" layihəsinin Aralıq Konfransı keçirilir

Bu gün Bakıda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və İnzibati potensialının gücləndirilməsi" mövzusunda “Twinning” Layihəsinin Aralıq Konfransı işə başlayıb.

ONA-nın məlumatına görə, tədbirdə Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov beynəlxalq səviyyədə və Aİ tərəfindən qəbul edilmiş qabaqcıl təcrübələr əsasında Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (İNTOSAİ) tərəfindən müəyyən edilmiş kənar audit standartlarına uyğun olaraq Hesablama Palatasının institusional və inzibati potensialını gücləndirməyə xidmət nəticələrdən danışıb.

V. Gülməmmədov bildirib ki, layihənin əsas məqsədi Hesablama Palatasının öz mandatını həyata keçirmək üçün geniş imkanların yaradılması, dövlət maliyyə sahəsində hesabatlıq şəffaflığı və nəzarətin təkmilləşməsi sahəsinə öz mühüm töhfəsini verməkdir. Layihə Azərbaycanda standartlara uyğun səmərəli auditlərin aparılması, insan resursları ilə bağlı fəaliyyətin gücləndirilməsi və Hesablama Palatasının fəaliyyətinin gücləndirilməsinə dair hesabatların milli məclisə təqdim edilməsi bağlı fəaliyyətin təkmilləşdirilməsini nəzərdə tutur.

"Əlbəttə bütün bunlar Azərbaycan Respublikasının dövlət maliyyə idarəetmə sahəsində hesabatlıq və şəffaflığın, eyni zamanda dövlət vəsaiti üzərində səmərəli nəzarətin təmin edilməsinə öz mühüm töhfəsini verəcək", - deyə V. Gülməmmədov bildirib.

Qeyd edək ki, 27 ayı əhatə edən layihənin ümumi məqsədi Hesablama Palatasının öz mandatını həyata keçirmək mövcud imkanlarını yaxşılaşdırmaq və beləliklə Azərbaycanda dövlət maliyyə idarəçiliyi sahəsində hesabatlılığın, şəffaflığın, nəzarətin və hesabatların təkmilləşdirilməsinə töhfə verməkdir.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR