“Ağ şəhər” ərazisində inşa ediləcək yeni metro stansiyası üçün yer ayrılıb və ərazi artıq hasarlanıb. Bu barədə ONA-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirilib.
Onun sözlərinə görə, şərti Y-14 adlanan yeni stansiya "Xətai" stansiyasından sonra olacaq.
“Bu xəttin davamı Y-15, neftayırma zavoduna yaxın ərazidə yerləşir. Digəri isə - Y-16 birləşəcək "Həzi Aslanov 2" stansiyasına. "Həzi Aslanov" stansiyasında "Memar Əcəmi" stansiyasında olduğu kimi keçid olacaq. Ondan sonrakı stansiya isə Günəşliyə doğru tikiləcək və bu xətt əsas Y-14 və YE-15 stansiyalarından başlamaqla "Xətai" ilə birləşəcək. Gələcəkdə isə xətlər ayrılanda onların müstəqil şəkildə fəaliyyətini təmin etmək mümkün olacaq”, - B.Məmmədov bildirib.