• İQTİSADİYYAT

    10:56 29 mart 2019

Bakı-Ciddə aviabiletlərinin satışına başlanılıb

Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları”nın (AZAL) www.azal.az saytında Bakı-Ciddə-Bakı (Kral Əbdüləziz Beynəlxalq Aeroportu - JED) istiqamətində reyslərə aviabiletlər satışa çıxarılıb. Bu barədə ONA-ya sirkətdən bildirilib.

Birbaşa uçuşlar aviaşirkətinin yay uçuş cədvəli çərçivəsində iyunun 10-dan etibarən həftədə 1 dəfə - bazar ertəsi günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək. Reysin qış uçuş cədvəli çərçivəsində də davam etdirilməsi planlaşdırılır. Qış uçuş cədvəli aviaşirkətin saytında dərc olunacaq.

Bakı və Ciddə arasındakı müntəzəm reyslər Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək.

Bu istiqamət üzrə aviabiletləri həmçinin AZAL-ın kassalarında və aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

Emil

Teqlər:

SON XƏBƏRLƏR