Yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Ş. Bədəlbəyli küçəsinin R. Behbudov və S. Vurğun küçələri ilə kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.
Bakı Nəqliyyat Agentliyindən ONA-ya verilən məlumata görə, bu məqsədlə 13.04.2019 tarixində axşam saat 23:00-dan aprelin 14-ü səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Qeyd edək ki, ümumilikdə 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur.