• İQTİSADİYYAT

    11:50 24 fevral 2019

Bakının əsas küçə və prospektlərində rənglənmə işləri aparılacaq

Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi məqsədi ilə rənglənmə işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinindən (AAYDA) ONA-ya verilən məlumata görə, Bakı şəhəri, Neftçilər prospektinin Rixard Zorge küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinədək, həmçinin Yusif Səfərov küçəsinin Heydər Əliyev prospektinə doğru olan hissəsində bu gecə saat 22:00-dan səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR