Bu ilin yanvar-aprel aylarında Bakı şəhərinin ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,1% artaraq 283,2 mln. manat olub.
ONA-nın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, dövriyyənin 43,8%-i hüquqi şəxs statuslu müəssisələrin, 56,2%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.
Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-aprel aylarına nisbətən 11,4% azalaraq 124,1 mln. manat təşkil edib.