• İQTİSADİYYAT

    15:05 9 mart 2019

Bakının kabel infrastrukturu xüsusi cihazlarla qorunacaq

“Bakı Telefon Rabitəsi” MMC-nin kabel kanalizasiya infrastrukturu xüsusi cihazlarla qorunacaq.

ONA-nın məlumatına görə, cihazların əsas funksiyası operatoru kabel kanalizasiya lyuklarına edilən müdaxilələr barədə dərhal məlumatlandırmaqdan ibarətdir. Belə ki, əgər kanalizasiya lyuklarına kənar müdaxilə olsa, məlumat cihaz vasitəsilə avtomatik olaraq operatora göndəriləcək.

Hazırda pilot olaraq cihazlar İçərişəhər ərazisində operatora məxsus olan bir neçə lyukda qurulub. Gələcəkdə bu cihazları bütün kabel kanalizasiya qurğularının lyuklarında quraşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, hazırda operator tərəfindən kabel infrastrukturunun optimallaşdırılması üzrə işlər davam etdirilir. Ümumi olaraq “Bakı Telefon Rabitəsi”nə məxsus olan 21 294 kabel kanalizasiya qurğusundan 20,3 mindən çoxu optimallaşdırılıb və işlər tam olaraq bu yaxında başa çatdırılacaq.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR