Prezident İlham Əliyev Bakı–Şamaxı–Yevlax (12 km)–Xocəsən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
ONA xəbər verir ki, sərəncama əsasən, Bakı–Şamaxı–Yevlax (12 km)–Xocəsən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,8 milyon (iki milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.