Rusiyanın Baltik dənizində yerləşən Ust-Luqa ticarət limanında keyfiyyətli Rusiya neftinin aşırılması başlayıb.
ONA Rusya mətbuatına istinadən xəbər verir ki, Energetika Nazirliyinin məlumatına əsasən, hazırda ГОСТ Р 51858-2002 standartlarına uygun neft tankerlərə yüklənilir.
Qeyd edəık ki, Minsk aprel ayının ortalarında "Drujba" (Belarus, Ukrayna və Polşanın ərazisi ilə Almaniyaya nəql olunan) Rusiyadan Belarusa nəql olunan neftin keyfiyyəti ilə əlaqədar problemlərdən şikayət edib. "Transneft" şirkəti neftin tərkibində xloridlərin həcminin çox olmasını təsdiq edib və problemin həlli üçün tədbirlər görəcəyinə söz verib. Şirkət "Samaratransneft-Terminal" şirkətinin mülkiyyətində olan Samara şəhərindəki ölçmə məntəqəsindən "Drujba" boru kəmərinə keyfiyyətsiz neftin daxil olmasını bildirib.
Bununla əlaqədar Belarus, Ukrayna və Polşa Rusya neftinin nəqlini dayandırmışdı.