"Bank Avrasiya" bu ilin birinci rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
ONA bankın hesabatına istinadən xəbər verir ki, hesabat dövründə "Bank Avrasiya"nın xalis mənfəəti 14 min manat olub. Bu göstərici 2018-ci ilin ilk rübü ilə müqayisədə 231 dəfə azdır. Belə ki, ötən ilin ilk rübündə bankın xalis mənfəəti 3,234 mln. manat olub.
Bu ilin yanvar-mart aylarında bankın aktivləri 2018-ci ilin ilk rübü ilə müqayisədə 4,3% azalaraq 155,347 mln. manat təşkil edib.
Hesabat dövründə “Bank Avrasiya”nın kredit portfeli ötən ilin birinci rübü ilə müqayisədə 0,1% azalaraq 75,997 mln. manat, depozit portfeli 20,2% azalaraq 41,235 mln. manat, cəmi öhdəlikləri isə 8,7% azalaraq 91,304 mln. manat olub.
Bu ilin ilk rübündə bankın faiz gəlirləri 3,8% artaraq 2,904 mln. manat, faiz xərcləri 7,7% artaraq 606 min manat, qeyri-faiz gəlirləri 32% artaraq 395 min manat, qeyri-faiz xərcləri isə 0,4% artaraq 1,059 mln. manat təşkil edib.