• İQTİSADİYYAT

    15:44 17 aprel 2019

"Bank BTB" bu ilin ilk rübünü zərərlə başa vurub

"Bank BTB" bu ilin birinci rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

ONA-nın sözügedən hesabata istinadən verdiyi məlumata görə, bank cari ilin ilk rübünü 2,7 mln. manat zərərlə başa vurub, halbuki ötən ilin ilk rübündə bank 298 min manat xalis mənfəətə əldə etmişdi.

Hesabat dövründə “Bank BTB”nin cəmi aktivləri ötən ilin ilk rübü ilə müqayisədə 0,3% artaraq 291,1 mln. manat təşkil edib.

Bu ilin birinci rübündə “Bank BTB”nin faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 26,4% artaraq 5,2 mln. manat, faiz xərcləri 12% artaraq 2,9 mln. manat, qeyri-faiz gəlirləri isə 11% artaraq 1,4 mln. manat olub.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 1,1% artaraq 238,2 mln. manat, depozit portfeli 15,5% artaraq 107,7 mln. manat, cəmi kapitalı isə 2,4% azalaraq 52,9 mln. manat olub.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR