• İQTİSADİYYAT

    14:25 12 aprel 2019

“Bank Melli İran”ın Bakı filialı ilin ilk rübünü zərərlə başa vurub

“Bank Melli İran”ın Bakı filialı cari ilin birinci rübünü 8,603 mln. manatlıq zərərlə başa vurub, halbuki ötən ilin analoji dövründə bank 855 min manatdan çox mənfəət əldə etmişdi.

ONA “Bank Melli İran” Bakı filialının rüblük maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin ilk üç ayında “Bank Melli İran”ın Bakı filialı 104,152 mln. manat cəmi aktivə sahib olub. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 6% azdır.

Bu il bankın öhdəlikləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,584 mln. manat və ya 6,1% çoxdur. Bankın cəmi kapitalı ötən ilin aprelin 1-i ilə müqayisədə bu il 8,976 mln. manat və ya 14,5% azalaraq 61,728 mln. manat olub.

Ötən ilin ilk rübü ilə müqayisədə bankın bu il faiz gəlirləri 8,2% azalaraq 699 min manat, faiz xərcləri 4,2% azalaraq 23 min manat, qeyri-faiz gəlirləri 30,4% azalaraq 190 min manat, qeyri-faiz xərcləri isə 12% azalaraq 316 min manat təşkil edib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR