• İQTİSADİYYAT

    09:50 1 may 2019

"Bank of Baku" maliyyə hesabatını açıqlayıb

“Bank of Baku” 2019-cu ilin ilk rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

Bankdan ONA-ya verilən məlumata görə, 31 mart 2019-cu il tarixinə olan hesabata əsasən, bankın həm xalis faiz gəlirlərində, həm də qeyri-faiz gəlirlərində artım müşahidə olunub. Cari ilin ilk 3 ayının göstəricilərinə əsasən, bankın xalis faiz gəlirləri 7,43 mln. manata çatıb ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 12,9% çoxdur. Bankın qeyri-faiz gəlirləri isə analoji dövrlə müqayisədə 51% artım göstərərək, 1,4 mln. manat həcmində olub.

Bank xərclərində isə azalma müşahidə olunub. Belə ki, bu ilin birinci rübündə faiz xərci 2018-ci ilin eyni dövrü ilə müqayisədə 26% azalaraq 3,25 mln. manat təşkil edib. Qeyri-faiz xərcləri isə 6,9 mln. manat olub ki, bu da analoji dövrlə müqayisədə 4% daha azdır.

Hesabat dövrünün sonuna bankın əməliyyat mənfəəti 1,89 mln. manat təşkil edib.

Tənzimləyici orqanın müəyyən etdiyi müvafiq normativin tələblərinə uyğun olaraq ehtiyat həcminin tələb olunan səviyyəyə çatdırılması bank tərəfindən tam olaraq təmin edilmiş, bu məqsədlə cari ilin birinci rübündə 11,48 mln. manat əlavə ehtiyat yaradılıb. Bunun nəticəsində, bank cari dövrü 7,75 mln. manat zərərlə yekunlaşdırıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR