• İQTİSADİYYAT

    11:51 28 mart 2019

“Bank Respublika”nın İdarə Heyətinin yeni sədri vəzifəsinin icrasına aprelin 2-də başlayacaq

“Bank Respublika” ASC-nin yeni İdarə Heyətinin sədri Tariyel İsmayılov vəzifəsinin icrasına aprel ayının 2-dən etibarə başlayacaq.

ONA-nın banka istinadən verdiyi məlumata görə, “Bank Respublika” ASC-nin Müşahidə Şurasının növbəti yığıncağı keçirilib. Yığıncaqda bankın İdarə Heyətinin yeni sədri vəzifəsinə Tariyel İsmayılovun təyin edilməsi barədə qərar qəbul edilib. Tariyel İsmayılov aprel ayının 2-dən etibarən səlahiyyətlərinin icrasına başlayacaq.

“Bank Respublika”da bu vəzifəni icra edən Asəf Namazov tutduğu vəzifədən öz xahişi əsasında azad edilib və peşəkar fəaliyyətinə digər biznes qurumunda davam edəcək.

Qeyd edək ki, bank sahəsində böyük təcrübəyə malik olan Tariyel İsmayılov daha öncə “AccessBank” QSC-də İdarə Heyətinin sədrinin müavini vəzifəsində çalışıb. O, “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə ali təhsil alıb. Ailəlidir, 2 övladı var.

Xatırladaq ki, Tariyel İsmayılovun “Bank Respublika”da İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə bağlı xəbəri ilk olaraq ONA martın 20-də verib.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR