"Bank Respublika"nın İdarə Heyıtinin sədri dəyişib.
ONA-nın əldə etdiyi məlumata görə, 2017-ci ilin yanvar ayının 5-dən "Bank Respublika"nın İdarə Heyətinin sədri vəzifəsində çalışan Asəf Namazov tutuduğu vəzifədən azad olunub. Onun yerinə "AccessBank"ın İdarə Heyətinin sədrinin müavini Tariyel İsmayılov təyin edilib. Artıq aprel ayından etibarən Tariyel İsmayılov yeni vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Tariyel İsmayılov “AccessBank”da fəaliyyətinə 2004-cü ilin may ayında Mikrokreditləşmə üzrə mütəxəssis vəzifəsində başlayıb, daha sonra 2006-cı ildə filial rəhbəri vəzifəsinə yüksəlib. T. İsmayılov 2008-ci ildə Mikrokreditləşmə departamentinin rəhbəri vəzifəsinə təyin olunub, həmçinin qərb regionunun Regional meneceri vəzifəsində, 2013-cü ilin sentyabr ayında o Mikrokreditləşmə və Kredit BackOfis üzrə İcraçı Direktor vəzifəsində, 2017-ci ilin aprel ayından etibarən isə İdarə Heyəti sədrinin müavini və Baş Biznes İnzibatçısı vəzifəsində çalışıb.