• İQTİSADİYYAT

    18:30 30 aprel 2019

"Bank VTB Azərbaycan"ın kredit portfeli azalıb

"Bank VTB Azərbaycan" bu ilin birinci rübünün yekununa dair maliyyə hesabatını açıqlayıb.

ONA-nın bankın hesabatına istinadən verdiyi məlumata görə, bank ilin ilk rübünü 1,494 mln. manat mənfəətlə başa vurub. Halbuki, bank ötən ilin eyni dövründə 247,412 mln. manat zərər etmişdi.

Bankın cəmi aktivləri ötən ilin ilk rübü ilə müqayisədə 0,1% artaraq aprelin 1-nə 151,522 mln. manat təşkil edib. Bankın kredit portfeli isə 5,7% azalaraq 61,144 mln. manat olub.

Hesabat dövründə "Bank VTB Azərbaycan"ın cəmi öhdəlikləri 1,5% artaraq 94,851 mln. manata, depozit portfeli 42,7% artaraq 68,116 mln. manata çatıb, bankın cəmi kapitalı isə 2,7% azalaraq 56,671 mln. manat təşkil edib.

İlin ilk rübündə bankın faiz gəlirləri 3,7% azalaraq 2,049 mln. manat, faiz xərcləri 69,4% azalaraq 1,753 mln. manat, qeyri-faiz xərcləri 21,4% azalaraq 3,864 mln. manat təşkil edib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR