• İQTİSADİYYAT

    11:58 18 mart 2019

Bakıda kənd təsərrüfatında mənfəətli maliyyələşdirilməyə dair tədbir keçirilib

Sağlam kənd təsərrüfatı portfeli yaratmaq üçün kənd təsərrüfatı sektorunun gəlirli kreditləşməsi, dəyər zəncirlərinin daxilində maliyyəyə olan ehtiyac və risklərin təsirlərinin azaldılması strategiyaları barədə maliyyə təşkilatlarını məlumatlandırmaq məqsədilə Azərbaycan Banklar Assosiasiyası (ABA) Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birlikdə “Azərbaycanda rəqabətli kənd təsərrüfatının inkişafı: kənd təsərrüfatında mənfəətli dəyər zəncirlərinin maliyyələşdirilməsi” mövzusunda konfrans keçirib.

ONA-nın ABA-ya istinadən verdiyi məlumata görə, “Kənd təsərrüfatının gəlirli maliyyələşdirilməsi” adlı paneldə Aqil Abdullayevin moderatorluğu ilə spikerlər təqdimatla çıxış ediblər. Leyla Hüseynli bazara ümumi baxış – inkişaf üçün imkanlar və çağırışlar, Azərbaycan kənd təsərrüfatının maliyyələşdirilməsi imkanları və metodları kimi məsələləri əhatə edən “Kənd təsərrüfatı: Maliyyələşmədə artan imkanlar” mövzusunda çıxış edib. Daha sonra Ağaməhəmməd Alosmanov və Mirsahab Mirzəyev “İnkişaf edən dəyər zəncirləri: banklar üçün imkanlar” mövzusunda təqdimat ediblər. Çıxışda ixrac yönümlü dəyər zəncirlərinin üstünlükləri, seçilən dəyər zəncirlərində nağd pul dövriyyəsi, risklər və bazar tendensiyalarının izahatı , dəyər zənciri boyunca maliyyələşməyə ehtiyac, IFC-nin təcrübəsi: effektiv idarə olunan və diversifikasiya olunmuş aqrar kredit portfelinin yaradılması mövzuları müzakirə edilib.

Konfransda maliyyə təşkilatları xüsusilə də Kənd Təsərrüfatı Dəyər Zəncirlərinin maliyyələşdirilməsinin ənənəvi maliyyələşdirmə ilə müqayisədə üstünlükləri və kənd təsərrüfatı portfelini artırma imkanları öyrənilib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR