2019-cu ilin fevralında banklar əhaliyə ümumi dəyəri 23,508 mln manat olan ipoteka krediti verib. Bu göstərici bu ilin yanvar ilə müqayisədə 80.76 faiz, 2018-ci ilin analoji dövrü ilə müqayisədə isə 22.12 faiz çoxdur.
ONA Mərkəzi Banka istinadən xəbər verir ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKZF) yenidən maliyyələşdirdiyi ipoteka kreditlərinin məbləğində azalma müşahidə olunub. Belə ki, ilin ilk ayı ilə müqayisədə (AİKZF) tərəfindən yenidən maliyyələşən ipoteka kreditlərinin məbləği 9.17faiz azalaraq 20,78 mln manat təşkil edib.
AİKZF-in ipoteka portfeli üzrə orta göstəricilərinə görə, ipoteka kreditlərinin orta aylıq ödənişi 348,7 manat təşkil edib.