• İQTİSADİYYAT

    13:59 3 aprel 2019

Azərbaycanda bankların qiymətli kağızlara marağı artıb

Azərbaycanda fəaliyyət göstərən banklar gəlirlərinin diversifikasiyasını davam etdirir. Diqqət çəkən əsas tendensiya bankların vəsaitlərini qiymətli kağızlara yönəltməsinin artımıdır. Bunun Maliyyə Bazarlarına Nəzarət Palatasının bank sektorunun fevralı sonuna olan icmal göstəricilərindən görmək olar. ONA xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev bildirib.

Məlumata görə, 2018-ci ilin ilk 2 ayı ərzində bankların qiymətli kağızlara yatırımı 17,8% artaraq 4,2 mlrd. manata çatıb. Bununla da bu sahə üzrə maliyyələşmənin aktivlərdə payı rekord səviyyəyə - 14,1%-ə yüksəlib. Cəmi 2 ay öncə qiymətli kağızlara yatırımlar 12,2%, 2017-ci ildə isə 9%-ə yaxın olub. Azalma tendensiyası bankların digər maliyyə institutlarında yatırdıqları depozitlərdə və kredit qoyuluşunda qeydə alınıb.

Ekspertin sözlərinə görə, depozit yatırımı yanvar-fevral aylarında 1,2% azalaraq 6,4 milyard manata düşüb. Ötən il azalma hətta 10,4%-ə bərabər olub. Bank depozitlərinin aktivlərdə payı 21,4%-ə düşüb, halbuki 2017-ci ildə bu hədd 25,9% olub.

Kredit qoyuluşu cari ilin ilk iki ayında 5 mln. manat azalıb və aktivlərdə payı 43,1%-ə düşüb. Azalma maliyyə institutlarına verilən kreditlərin azalması (6,7 mln. manat) hesabına baş verib. Müştərilərə verilən kreditlər 1,6 mln. manat artsa da aktivlərdə payı azaldıb.

"Ümumilikdə, bankların aktivləri zəif olsa da artmaqda davam edib. Problemli kreditlərlə bağlı kompensasiya mexanizminin tətbiqi aktivlərinı artımı dəstəkləyəcək və hazırda 1,5 mlrd. manatı ötən və kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün nəzərdə tutulan məqsədli ehtiyatı əhəmiyyətli dərəcədə azaldacaq. Ancaq yaranmış sərbəst vəsaitlərin əhəmiyyətli hissəsinin kreditləşməyə yönələcəyi sual altındadır. Böyük ehtimalla növbəti aylarda qiymətli kağızlara yatırımın cəlbediciliyi daha da artacaq", - deyə Samir Əliyev bildirib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR