• İQTİSADİYYAT

    18:45 27 mart 2020

Baxillər, steril və qeyri-steril əlcəklər, tibbi maskalar ƏDV-dən azad edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

ONA xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 1993; 2019, № 7, maddə 1212; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 mart tarixli 574 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na aşağıdakı məzmunda 28 – 30-cu hissələr əlavə edilir:

S/S

Kod

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları

28.

3926200001

Baxillər

29.

4015190001

Steril və qeyri-steril əlcəklər

30.

6307909801

Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar

Bu Fərman 2020-ci il iyunun 1-dək qüvvədədir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR