Novruz bayramı günlərində Dövlət Gömrük Komitəsi (DGK) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. ONA-nın DGK-yə istinadən verdiyi məlumata görə, Komitənin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin sərəncamına əsasən, qarşıdan gələn Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük-sərhəd keçid məntəqələri və Komitənin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.