SOCAR prezidenti Rövnəq Abdullayev və BƏƏ-nin enerji və sənaye naziri Süheyl Məhəmməd Fərəc əl-Məzrui BƏƏ-nin neft-qaz şirkətlərinin və "Mubadala" investisiya şirkətinin Azərbaycanda həyata keçirilən layihələrdə potensial iştirakını müzakirə ediblər.
ONA-nın SOCAR-a istinadən verdiyi məlumata görə, görüş Rövnəq Abdullayevin Əbu-Dabiyə işgüzar səfəri çərçivəsində baş tutub. Görüşdə iki ölkə arasında enerji əməkdaşlığı imkanlarının genişləndirilməsi müzakirə edilib.
Bundan başqa, tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər, eləcə də neft sənayesində hasilat, daşıma və emal sahələri üzrə layihələr ətrafında fikir mübadiləsi aparılıb.