• İQTİSADİYYAT

    13:17 24 may 2019

"Gulf Air" Avroliqanın finalı ilə bağlı təyyarəsini təkmilləşdirib

Bəhreyn Krallığının milli aviadaşıyıcısı olan “Gulf Air” şirkəti UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar futbol azarkeşlərinin səyahətini asanlaşdırmaq məqsədi ilə 2019-cu il mayın 29-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuş yerinə yetirəcək təyyarəsini təkmilləşdirib.

ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, aviaşirkət Bakı istiqamətində öz flaqman “Boeing 787-9 Dreamliner” təyyarəsini istifadə edəcək, bu da UEFA Avropa Liqasının finalında iki ingilis nəhəngi “Arsenal” və “Çelsi” komandalarının oyununda daha çox futbol pərəstişkarlarının iştirakını təmin edəcək.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda Londonun “Arsenal” və “Çelsi” komandaları arasında UEFA Avropa Liqasının final oyunu keçiriləcək.

Emil

Teqlər:

SON XƏBƏRLƏR