• İQTİSADİYYAT

    16:11 16 aprel 2019

Bərdə “ASAN xidmət” Mərkəzində fermerlərə yardım üçün iki xidmət pəncərəsi yaradılıb - FOTOSESSİYA

Bərdə “ASAN xidmət” Mərkəzində fermerlərə yardım məqsədilə iki xidmət pəncərəsi yaradılıb.

Səyyar ASAN xidmət avtobusu isə Şörəlli kəndində fermerlərə xidmət göstərməyə başlayıb.

ONA-nın Qarabağ bürosunun məlumatına görə, Şörəlli və ətraf kəndlərdə yaşayan fermerlər səyyar xidmətlərdən yararlanaraq öz aqrar fəaliyyətlərinə dair məlumatları Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil ediblər. Analoji proses Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) və Bərdə “ASAN xidmət” Mərkəzində də həyata keçirilir.

Bu günədək 23 mindən artıq fermer EKTİS-də qeydiyyatdan keçib. Sistemdə 440 mindən artıq fermerin qeydiyyatdan keçəcəyi gözlənilir. Nazirlik ilkin olaraq Quba və Şəki rayonlarında EKTİS-in tətbiqi ilə əlaqədar pilot layihə gerçəkləşdirib. Daha sonra maarifləndirmə işləri, informasiya məsləhət xidməti bütün respublika ərazisini əhatə edib. Qubada start verilən proses daha sonra Şəki, Sabirabad rayonlarında, hazırda isə Bərdədə davam etdirilir.

Qeyd edək ki, bu gündən başlayaraq Bərdə rayonu ilə yanaşı, Tərtər, Ağcabədi, Ağdam, Füzuli rayonlarında və Yevlax şəhərində EKTİS-in tətbiqinə start verilib. Ayın sonunadək Qərb bölgəsində və digər regionlarda nazirlik tərəfindən analoji maarifləndirmə işlərinin aparılması və fermerlərə səyyar informasiya məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR