Azərbaycanda hazırda bərpa olunan enerji sahəsinin inkişafı üçün qanunvericilik bazası hazırlanır, investorların cəlbi üçün mexanizmlər üzərində işlənilir.
Energetika Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, bunu bu gün Energetika Nazirliyi ioə “ACWA POWER” şirkəti ilə əməkdaşlıq memorandumunun imzalanması mərasimində enegetika nazirinin müavini Samir Vəliyev bildirib.
S. Vəliyev deyib ki, Energetika Nazirliyi Azərbaycanın zəngin bərpa olunan enerji mənbələrindən səmərəli istifadəni təmin etmək, ölkənin elektrik enerjisi istehsalı gücünün şaxələndirilməsi hesabına enerji təhlükəsizliyini gücləndirmək və təmiz enerji istehsalını həyata keçirmək məqsədi ilə beynəlxalq şirkətlərlə əməkdaşlıq edir.