• İQTİSADİYYAT

    13:38 11 aprel 2019

Beynəlxalq Enerji Agentliyi neftin bahalaşmasının səbəbini açıqlayıb

OPEC ölkələri və kartelin qeyri-üzvləri tərəfindən hasilatın azaldılması neftə olan qiymətlərin kəskin artmasına səbəb oldu. Bu barədə ONA Beynəlxalq Enerji Agentliyinin neft bazarına dair hesabatına istinadən məlumat verir.

Hesabata görə, mart ayında (2018-ci ilin noyabırından) OPEC ölkələrinin gündəlik istehsalı 2,2 mln. barel azalıb. Öz növbəsində, 2019-cu ilin birinci rübündə OPEC-ə üzv olmayan ölkələr 2018-ci ilin sonuncu rübünə nisbətən gündəlik neft hasilatını 0,7 mln. barel azaldıb.

"Ötən ilin ikinci yarısında neft hasilatında böyük yüksəliş müşahidə olmasına baxmayaraq, Vyanadakı imzalanmadan (neft hasilatının azalması dövrünün uzadılmasına dair), İran və Venesuelaya qarşə sanksiyaların artmasından sonra bu proses geri çəkilməyə başladı”, - hesabatda deyilir.

Bütün bu proseslər və xüsusilə neft hasilatının azalması qiymətlərin kəskin artmasına gətirib çıxarıb. Məsələn, "Brent" markalı xam neftin 1 bareli üçün qiyməti dekabrın sonunda 50 dollar təşkil edirdisə, bugünkü qiymət 70 dollardan çoxdur.

“Getdikcə neft bazarında tələbin təklifi üstələdiyini müşahidə edirik. Lakin, tələb və ehtiyatların “normal" səviyyədə olub-olmadığı ilə bağlı proqnozlarda ziddiyyətli siqnallara da rast gəlinir”, - hesabatda qeyd edilir.

Emil

Teqlər:

SON XƏBƏRLƏR