• İQTİSADİYYAT

    13:13 16 aprel 2019

Dünyada lüks malların satışı artıb

Əsas bazarlarda iqtisadi yavaşlamaya baxmayaraq (Çin, Avropa İttifaqı və ABŞ daxil olmaqla), beynəlxalq lüks mallar bazarı artmaqdadır.

ONA-nın "Deloitte Global Luxury Goods"un hazırladığı hesabata istinadən verdiyi məlumata görə, reytinq maliyyə ilinin (2018-ci ilin iyun ayında başa çatıb) gəlir məlumatlarına əsaslanır. Cari hesabata görə, "Global Powers of Retailing" reytinqinə minimal keçid göstəricisi 218 mln. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ildəkindən 7 mln. dollar çoxdur.

Analitiklər əsas bazarlarda satış artımını qeydə alıblar. İtaliya lüks markalı bredlərin satışı üzrə liderliyini qoruyub saxlayıb, Fransa isə satışların artımına görə birinci olub.

Bu dövrdə ən böyük pərakəndəçilərin ümumi gəlirləri əvvəlki illə müqayisədə 10,8% artaraq 247 mlrd. dollara çatıb.

Rusiyanın lüks mallar bazarı son bir neçə il ərzində sabit artım göstərib və bu prosesin 2019-2022-ci illərdə də davam edəcəyi proqnozlaşdırılır.

Emil

Teqlər:

SON XƏBƏRLƏR