Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası Azərbaycana yaz aylarında səfər edəcək. Səfər çərçivəsində ölkənin rəhbərliyi ilə görüşlər keçiriləcək.
ONA-nın “RİA Novosti” istinadən verdiyi məlumata görə, heyət rəsmi Bakı ilə bir sıra məsələ üzrə fikir mübadiləsi aparacaq. Səfər barədə növbəti həftələr ərzində elan ediləcəyi gözlənilir. BVF-nin missiyasının səfər tarixi isə qarşıdan gələn həftələrdə açıqlanacaq.