Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.
ONA-nın Bakı Fon Birjasına (BFB) istinadən verdiyi məlumata görə, AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, 28 may 2019-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 964,9231 AZN təşkil edir.
Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 964,9231 AZN məbləği əsasında hesablanacaq.
BFB-yə AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 964,9231 AZN olması nəzərə alınmalıdır.