Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0106003756 ISIN kodlu, 15 mln. manat həcmində, 1 092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən ONA-yə verilən məlumata görə, hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 98,1897 AZN (9,7100%) və 101,5624 AZN (8,4000%) olan 7 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100 AZN (9%), orta ölçülmüş qiyməti 100,0776 AZN (8,9699%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 018 800 AZN, yerləşdirilmiş həcmi isə 15 mln. AZN təşkil edib.
İstiqrazların ödəmə müddəti 22 fevral 2022-ci il.
Hərrac iştirakçıları 27 fevral 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.