• İQTİSADİYYAT

    17:43 27 mart 2019

BFB-də AMB-nin 300 mln. manatlıq notları yerləşdirilib

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101373S dövlət qeydiyyat nömrəli, 300 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

ONA-nın BFB-yə istinadən verdiyi məlumata görə, hərrac zamanı 12 investor tərəfindən qiyməti 99,3065 AZN (8,98%) ilə 99,4581 AZN (7,01%) arasında olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 359,436 mln AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,3065 AZN (8,98%), orta ölçülmüş qiyməti 99,3220 AZN (8.78%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 300 mln. AZN təşkil edib. Notların ödəmə tarixi 24.04.2019.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR