• İQTİSADİYYAT

    18:20 13 may 2019

BFB-də İpoteka və Kredit Zamanət Fondunun 20 mln. manatlıq istiqrazları yerləşdirilib

Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zamanət Fondunun AZ2035008682 ISIN-li, 20 mln. manat həcmində, 23 il (8 280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac başa çatıb.

ONA-nın BFB-yə istinadən verdiyi məlumata görə, sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 mln manat olub.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 mln. manat təşkil edib. İstiqrazların ödəmə tarixi 31 iyul 2041-ci ildir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR