Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0106007757 ISIN-li, 15 mln. manat həcmində, 1 092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən ONA-ya verilən məlumata görə, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 95,4897AZN (10,8000%) və 100,2583 AZN (8,9000%) olan 10 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97,7122 AZN (9,9000%), orta ölçülmüş qiyməti 98,2071 (9,7031%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 23 290 500 AZN, yerləşdirilmiş həcmi isə 14 189 700 AZN təşkil edib.
İstiqrazların ödəmə tarixi 19.04.2022-ci il.
Hərrac iştirakçıları 24 aprel 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.