• İQTİSADİYYAT

    19:58 27 fevral 2019

Bina tikintisi üçün əvvəlcədən pul ödənilməklə rəy alınacaq

Bina tikintisi üçün müraciət etmiş şəxsə həmin torpaq sahəsində aparıla biləcək tikinti barədə əvvəlcədən xidmət haqqı ödəməklə rəy veriləcək.

ONA-nın məlumatına görə, bu, “Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Torpaq Məcəlləsinə əlavə edilməsi təklif olunan 10-cu maddədə bildirilir Ki, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinə, o cümlədən ərazilərin zonallaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikintinin aparılmasının şərtlərinə) uyğunluğu barədə rəy verilməsi ilə bağlı xeyrinə torpaq sahəsinin ayrılması ilə əlaqədar müraciət etmiş şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda, qaydada və məbləğdə xidmət haqqı ödəyir.

Başqa sözlə, bu rəyin məqsədi torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin yerləşdiyi ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu müəyyən etməkdir. Nəticədə torpaq sahəsini əldə edən şəxs orada hansı tikintini apara bilməsini proqnozlaşdıra biləcək, öz ehtiyaclarına uyğun torpaq sahəsini əldə etməsi imkanı yaranacaq. Habelə gələcəkdə istədiyi tikintini həyata keçirmək problemi ilə qarşılaşmaq ehtimalı aradan qalxacaq.

Xidmət haqqının ödənilməsi halları, qaydası və məbləği qanun qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR