Martın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,54% – 25 848,87 bəndədək, S&P 500 0,50% – 2 822,48 bəndədək, Nasdaq 0,76% – 7 688,53 bəndədək yüksəlib.
ONA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 15-də FTSE 100 indeksi 0,60% – 7 228,28 bəndədək, Fransa CAC-40-ı 1,04% – 5 405,32 bəndədək, Almaniya DAX-ı isə 0,85% – 11 685,69 bəndədək yüksəlib.
Martın 15-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,15 % azalaraq 1 313,15 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,11% artaraq 1, 1338 dollar təşkil edib.