• İQTİSADİYYAT

    10:42 14 fevral 2021

Bitkoin yenidən tarixi maksimumu yeniləyib

Ən populyar kriptovalyuta hesab edilən bitkoinin dəyəri yenidən tarixi rekord qırıb və 49.000 dolları keçib.

APA bildirir ki, bu barədə “CoinMarketCap” portalı məlumat yayıb. Bakı vaxtı ilə 10.08-də bitkoin 2.7% bahalaşaraq 49.143 min dollara yüksəlib.

Ticarət həcmi baxımından ən böyük kriptovalyuta birjası olan Binance birjasında isə bitkoin 3.33% bahalaşaraq 49.300 dollar olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR