Bitkoinin qiyməti ticarət sessiyasında 15,77% bahalaşaraq (Bakı vaxtı ilə saat 02:49-da) 45 min dollara yüksəlib.
APA xəbər verir ki, bu barədə “CoinDesk” portalında dərc olunub.
Belə olan halda, kriptovalyutanın dəyəri tarixi maksimumunu yeniləyib.
Bakı vaxtı ilə saat 02:52-yə olan məlumata görə, bitkoinin dəyəri 44 949 dollar (+15,64%) təşkil edib.
Bahalaşma “Tesla” şirkətinin bitkoin kriptovalyutasına 1,5 milyard dollar sərmayə yatırması barədə xəbərlərin fonunda baş verib. Şirkət yaxın gələcəkdə öz məhsullarının ödənişi üçün bitkoindən istifadə edəcəyini planlaşdırdığını açıqlayıb.