• İQTİSADİYYAT

    12:36 7 yanvar 2024

BMT Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2026-cı ilə qədər Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.

"APA-Economics" xəbər verir ki, bu barədə BMT-nin qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib. BMT 2024-cü il üzrə Azərbaycanda ümumdaxili məhsulun artımın; (ÜDM) 2,6%, 2025-ci ildə isə 2,8% səviyyəsində proqnozlaşdırıb. Hesabata əsasən, 2023-cü il üzrə Azərbaycanda iqtisadi artım 0,7% təşkil edib.

BMT-nin proqnozlarına əsasən, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,9%-dək, 2025-ci ildə isə 3,9%-dək azalacaq. Təşkilat ötən il üzrə inflyasiya proqnozunu 9,5% müəyyən edib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son açıqladığı göstəricilərə əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 0,8%, inflyasiya isə 9,4% təşkil edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR