• İQTİSADİYYAT

    10:57 14 may 2019

"Boeing 737 Max" təyyarələrinin uçuşları avqustda bərpa oluna bilər

"Boeing 737 Max" təyyarələrinin uçuşları Amerika korporasiyasının rəhbərliyinin gözlədiyindən bir qədər gec bərpa olunacaq.

ONA-nın "Wall Street Journal"a istinadən verdiyi məlumata görə, "Boeing 737 Max"ın uçuşlarının bərpası üzrə icazə yalnız bu ilin yayın sonunda verilə bilər. "Boeing" şirkətinin yenilənmiş MCAS ("Maneuvering Characteristics Augmentation System") sisteminin quraşdırılması üzrə təklifi ABŞ-ın tənzimləyiciləri tərəfindən rəsmən mayın 23-də təsdiqlənə bilər, lakin yenilənmiş sistemin gələcəkdə yenilənməsinin və sertifikasiyasının tətbiqi prosesi bir neçə ay tələb edir.

Nəticədə, "737 Max" seriyalı təyyarələrin uçuşları yalnız yay mövsümünün sonunda bərpa oluna bilər.

Qeyd edək ki, bundan öncə sözügedən təyyarələrin uçuşları iyul ayının ortalarında bərpa olunacağı deyilirdi.

Xatırladaq ki, son yarım il ərzində iki "Boeing 737 MAX" təyyarəsi qəzaya uğrayıb, nəticədə 346 nəfər həlak olub. Artıq dünyanın 30-dan çox aviaşirkəti bu təyyarə növündən istifadə etməkdən imtina edib.

Qeyd edək ki, AZAL "Boeing" korporasiyasından 10 "Boeing 737 MAX 8" tipli təyyarə sifariş edib. "Boeing 737 MAX 8" təyyarələrinin ilk partiyası artıq bu il Azərbaycana çatdırılmalı idi. Lakin yaranmış vəziyyətlə bağlı sözügedən avialaynerləri sifariş edən digər aviaşirkətlərdə də olduğu kimi, proses dayandırılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR